UNEC-də “Evdə qal, kitabla qal” sosial layihəsinə start verilib

UNEC-də “Evdə qal, kitabla qal” sosial layihəsinə start verilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibətilə tələbələr “Evdə qal, kitabla qal” sosial layihəsinə start veriblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə reallaşan sosial layihə çərçivəsində tələbələr oxuduqları kitabları, eləcə də dərslikləri digər tələbələrlə paylaşıblar. Layihənin ilk iştirakçıları Maliyyə və mühasibat fakültəsinin tələbələri olub. Onlar oxuduqları dərslikləri və bədii ədəbiyyatları tələbə yoldaşlarına hədiyyə ediblər. Layihə çərçivəsində 50-dən çox kitab Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Füzuli, Zaqatalada yaşayan UNEC tələbələrinə çatdırılıb.
Layihənin məqsədi tələbələrin kitablara marağını daha da artırmaq, eləcə də mövcud durumdan səmərəli istifadə olunmasına şərait yaratmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər