Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi ilə bağlı tədbirlər çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC-in məzunu, “Yelo Bank”ın baş direktoru Günay Cəlilova ilə professor-müəllim və tələbə heyətinin onlayn görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev uğur qazanmış məzunlarla görüşlərin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, belə görüşlər tələbələr üçün böyük motivasiyadır.
“Yelo Bank”ın baş direktoru G.Cəlilova UNEC-in son illərdə böyük uğurlara imza atdığından qürur duyduğunu bildirib. O, məzun olduqdan sonrakı fəaliyyəti barədə ətraflı məlumat verib, qazandığı təcrübəni müəllim və tələbələrlə bölüşüb. Təmsil etdiyi qurumla universitetin daha sıx əməkdaşlığı, birgə layihələrin reallaşdırılması istiqamətində dəstək olacağını diqqətə çatdırıb.
Sonra UNEC məzunu tələbələri maraqlandıran sualları cavablandırıb.
Tehsil-press.az