Azərbaycan Dövlət İqtisad Universitetinin yeni layihəsi: UNEC kömək edir

Azərbaycan Dövlət İqtisad Universitetinin yeni layihəsi: UNEC kömək edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə yeni layihə həyata keçirilir.
Layihə çərçivəsində ilk olaraq Tərtər rayonunda əlilliyi olan uşaqlar üçün müxtəlif əyləncələr və təlimlər təşkil olunub.
UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Tərtər şəhərində yerləşən Avrasiya Təlim Mərkəzində maraqlı təlimlər, görüşlər keçiriblər. İlk təlim ingilis dili və idman dərsləri olub. Universitetin tələbələri qruplara bölünərək dərslərdə iştirak ediblər. Tələbələr uşaqlara həm bilik öyrədib, həm də onları əyləndiriblər.
Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüş olub. UNEC tələbələri aprel döyüşlərində şəhid olan Nicat İsgəndərovun ailəsinə baş çəkib, şəhidimizin məzarını ziyarət ediblər. Həmçinin Tərtər rayonunun cəbhəyanı kəndlərdə yerləşən məktəblərində oxuyan şagirdlərlə görüşlər keçirilib. Bildirilib ki, bundan sonra həmin təhsil ocaqlarının şagirdlərinə həm dərs ləvazimatı, həm də tədris prosesi ilə bağlı lazımi dəstək göstəriləcək.
UNEC tələbələri, eyni zamanda, Avrasiya Kredit Fondunun işi ilə maraqlanıblar. Onlar fondun Tərtər rayonunda yaşayan ailələrə göstərdiyi dəstək barədə məlumatlandırılıb, habelə kredit sistemi haqqında təlim keçiblər.

Tehsil-press.az

Oxşar xəbərlər