2020/2021-ci tədris ilində İlahiyyat İnstitutunda 4 ixtisaslaşma üzrə magistr hazırlığı aparılacaq

2020/2021-ci tədris ilində İlahiyyat İnstitutunda 4 ixtisaslaşma üzrə magistr hazırlığı aparılacaq Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020/2021-ci tədris ili üçün 4 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edib.
Yeni tədris ilində institutda dinşünaslıq ixtisasına daxil olan dinlərin tarixi, dinin sosiologiyası, islamşünaslıq, dinin psixologiyası ixtisaslaşmaları üzrə magistr hazırlığı həyata keçiriləcək.
Xatırladaq ki, proqram və ixtisaslaşma seçiminə fevralın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya keçirilmiş qəbul imtahanının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilən minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Tehsil-press.az

Oxşar xəbərlər