Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına bu il iyunun 5-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

TQDK-dan Tehsil-press.az-a bildiriblər ki, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. İmtahanda 8 min 618 bakalavr iştirak edib. 443 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.


Tehsil-press.az

Oxşar xəbərlər