Respublikanın ali təhsil sistemində özünəməxsus şərəfli yer tutan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 90 il ərzində yüksək peşəkarlıq qabiliyyəti ilə seçilən iqtisadçı kadrların hazırlanmasında misilsiz rol oynayıb. UNEC illərin bir çox çətin sınaqlarından uğurla çıxaraq tam formalaşıb və ölkənin iqtisadiyyat təmayüllü dövlət və özəl ali məktəbləri arasında mübahisəsiz lider mövqeyinə malikdir. Hazırda universitetin bakalavriat, magistratura və doktorantura sistemində dörd dildə (Azərbaycan, türk, rus və ingilis dillərində) bütün ixtisaslar üzrə yüksək səviyyəli kadrlar hazırlanır.
Bu fikirlər UNEC-in Mühasibat uçotu və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyevin təqdim etdiyi “Azərbaycan Dövlət İqtisad Universiteti yüksəliş yollarında-UNEC 90” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir ki, UNEC bazar iqtisadiyyatı şəraitində 2016-cı ildən başlayaraq dünya təcrübəsinin mütərəqqi metod və metodologiyalarını öyrənmək, elm və təhsil sahəsində yeni nailiyyətlər qazanmaq məqsədilə xarici ölkələrin, xüsusən də ABŞ-ın, Avropanın (Böyük Britaniya, Fransa, Almaniya, Çexiya və s.), Rusiya Federasiyasının və digər regionların ölkələrinin bir sıra nüfuzlu ali məktəbləri ilə elmi əlaqələr qurmaq, tələbə və müəllim mübadiləsi aparmaq və ikili diplom vermək istiqamətində çox səmərəli fəaliyyət göstərir.
Mühasibat uçotu və audit kafedrası UNEC-in tərkibində fəaliyyət göstərən ən qocaman kafedralardan biridir. Bu kafedra ilk dəfə 1928-ci ildə təşkil olunub və Bakı Sosialist Uçotu İnstitutunun tərkibində yaradılıb. Mühasibat uçotu 20-ci illərin axırı və 30-cu illərin əvvəlində həm Bakı Sosialist Uçotu İnstitutunda, həm Azərbaycan Ticarət-Kooperativ İnstitutunda, həm də Azərbaycan Dövlət Universitetinin müvafiq fakültələrində bir fənn kimi tədris olunub. Həmin kafedraların təşkilində, tədris materiallarının hazırlanmasında və müəllim kadrlarının seçilməsində professor Əliqulu Fərəcovun böyük xidmətləri olub. Respublikada mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili məktəbinin yaradıcısı kimi o, tələbələrinin və yetişdirdiyi alimlərin xatirəsində əbədi yer tutub. Həmin alim və mütəxəssislər arasında Saleh Səmədovu, Ağamməd Səlimovu, Veysəl İsayevi, Məsəd Hacıyevanı, Hüseyn Namazəliyevi, Sübhan Seyfullayevi, İmaməddin Mahmudovu, Əhməd Cəfərovu, Yolçu Əlizadəni, Teymur Zeynalovu, Yaşar Hüseynovu, Firəddin Quliyevi, Qəzənfər Abbasovu, Əli Sadıqovu, Babaxan Babayevi, Rəşid Rüstəmovu, Bəybala Xankişiyevi, Qəhrəman Rzayevi, Rayət Hacıyevi, Habil İbadovu, Əziz Məmmədovu, İbrahim Məmmədovu və digərlərini xüsusilə qeyd etmək lazımdır.
1970-ci ildə Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili kafedrasının bazasında iki müstəqil kafedra yaradılıb. Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili kafedralarının əməkdaşları sovet dövründə əvvəlcə 6 istiqamətdə, daha sonra isə 3 istiqamətdə uçot kadrları hazırlayırdı: Sənayedə mühasibat uçotu, kənd təsərrüfatında mühasibat uçotu və ticarətdə mühasibat uçotu.
2004-cü il iyunun 29-da mühasibat uçotu və hesabata dair problemlərin həllində təsərrüfat subyektlərinin rəhbərləri, mühasiblər, auditorlar və digər mütəxəssislər üçün başlıca normativ sənəd olan “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikasının yeni Qanunu 1995-ci ildən qüvvədə olan Qanundan fərqlənməklə müasir tələblər səviyyəsində redaktə edilərək hazırlanıb və hazırda tətbiq edilməkdədir. Bu qanunda 2018-ci ildə maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında tərtibinin zəruriyyəti ilə bağlı əhəmiyyətli düzəlişlər aparılıb. Həmin düzəlişlər əsasında respublikada fəaliyyət göstərən bütün təsərrüfat subyektləri özlərinin fəaliyyətində mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartlarını tətbiq etməlidir.
Yeni qanunda aparılan düzəlişlər mühasibat uçotu və audit ixtisası üzrə bütün pillələrdə kadr hazırlanmasına yeni yanaşmanın zəruriliyini ortaya çıxardı. Beynəlxalq standartlara görə, artıq uçot sahəsində müxtəlif istiqamətlərdə kadr hazırlanmasına ehtiyac aradan qaldırıldı. Universitet rəhbərliyinin müvafiq əmri ilə 2016-cı ildə fəaliyyət göstərən iki kafedra ləğv edildi və onların bazasında bir kafedra - Mühasibat uçotu və audit kafedrası yaradıldı. Eyni zamanda, müxtəlif fənlərin tədrisi prosesini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 2 aylıq təlimlər təşkil olundu və istisnalıq olaraq kafedranın bütün əməkdaşları həmin təlimlərə cəlb edildi. Təlimlərin yekununa görə, qapalı testlərlə imtahan verən müəllimlərə müvafiq sertifikatlar verildi. Belə təlimlər respublika ali məktəbləri içərisində ilk dəfə UNEC-də keçirildi və özünü doğrultdu. Xüsusi ilə qeyd etmək yerinə düşər ki, hazırda bizim universitetin müxtəlif fakültələrində uçota və auditə dair tədris olunan bütün fənlər beynəlxalq standartlara uyğundur.
Kafedranın əməkdaşlarından Vaqif Quliyev, Hənifə Cəfərli, Niyazi İsmayılov, Hafiz Hacıyev, Rahib Kazımov, Fazil Hacıyev , Nəzakət Musayeva, Cəmilə Namazova Camaləddin Zərbəliyev, Səfər Süleymanov, Kifayət Xudaverdiyeva, Aynurə Hacıyeva, Nigar Atakişiyeva, Amalya Hacıyeva, Dilbər Fərəcova, Mənzər Məmmədova, Gülnarə Tanrıverdiyeva və başqalarının mühasibat uçotu və auditin müxtəlif konseptual məsələlərinin müzakirəsi istiqamətində Maliyyə Nazirliyi, ARDNŞ, Auditorlar Palatası, Vergilər Nazirliyi və bir sıra ictimai əhəmiyyətli kommersiya qurumları ilə birgə əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir. Belə bir əməkdaşlıq beynəlxalq və respublika səviyyəli konfransların təşkilində, müvafiq normativ sənədlərin hazırlanmasında, reytinqlərin keçirilməsində və s. məsələlərdə təzahür edir.
Kafedrada tədris olunan bütün fənlər üzrə dərsliklər və digər tədris-metodik vəsaitlər hazırlanıb. Buna baxmayaraq, kafedra fəaliyyətində Avropa ölkələrinin, ABŞ-ın və Türkiyənin tanınmış ali məktəblərində tədris olunan materiallardan istifadəni də prioritet hesab edir.
Nəhayət qeyd etmək istəyirəm ki, bizim kafedranın əməkdaşları tərəfindən hazırlanılan dərsliklərdən və digər tədris-metodik vəsaitlərdən respublikanın demək olar ki, bütün ali məktəbləri və kollecləri müvəffəqiyyətlə istifadə edirlər. Eyni zamanda, UNEC digər ixtisaslarla yanaşı, mühasibat uçotu və audit ixtisası üzrə ölkənin digər ali məktəbləri üçün dissertantura və doktorantura səviyyəsində kadrlar hazırlayır.
Kafedranın əməkdaşları universitetin 90 illik yubiley tədbirlərinin dövlət səviyyəsində keçirilməsindən qürur duyur və bunu kollektivin əməyinə verilən böyük qiymət hesab edir.
Tehsil-press.az