"MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu və audit ixtisası üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” layihəsi çərçivəsində 18 iyul 2018-ci il tarixində Bakı şəhərində Winter Park Hoteldə dəyirmi masa keçirilib.
Dəyirmi masada Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova, Vergilər Nazirliyinin nümayəndələri İmran Qarayev və Yunis Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri Kristina Məmmədova və Cavid Kərimov, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, “Sinam” MMC ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov, Maliyyə analitiki İbrahim Süleymanov, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, “İdeal Tibb” şirkətinin direktoru Aytən Quliyeva, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, APFM-in prezidenti Nuriyyə Novruzova, ARPA-nın nümayəndəsi Əli Bayramov, GMB-nin eksperti Kəmaləddin Quliyev, Audit üzrə mütəxəssis Mehdi Babayev, MG Consulting MMC-nin nümayəndəsi Natiq Məmmədov, Paşa Bank ASC-nin nümayəndəsi Elvina Hamidulina, AƏSMA-nın “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri Gülnarə Hacıyeva, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev, OYU-nun müəllimləri Əşrəf Həsənov və Elbrus Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi İsa Şəfiyev və QHT nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid təhsil proqramının ilkin versiyasının hazırlanması və mühasibat uçotu tədrisi ilə əlaqədar problemlərin aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir. Daha sonra tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi. Müzakirələr zamanı yeni dərsliklərin hazırlanması, mühasibat uçotu üzrə yeni təhsil proqramının dəyişilmiş qanunvericiliyə uyğun hazırlanması, universitetlərdə mühasibatlıq üzrə proqram təminatı dərslərinin laboratoriya şəraitində keçirilməsi, universitet müəllimlərinin təlimlərə cəlb olunması, işəgötürənlərlə universitetlər arasında sıx əlaqələrin qurulması, universitetlərdə təcrübə saatlarının səmərəli və effektiv keçirilməsi, təcrübə keçmiş tələbələrin qiymətləndirmə meyarlarının dəqiqləşdirilməsi və bir sıra digər təkliflər olundu.
Sonda qeyd olundu ki, ali təhsil pilləsində mühasibat uçotu və audit ixtisası üzrə hazırlanmış təhsil proqramın ilkin versiyası təkliflər nəzərə alınmaqla daha da təkmilləşdirilərək ilk öncə ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, daha sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaqdır.

Mətbuat Xidməti


"MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR""MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR""MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR""MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR""MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR""MÜHASİBAT UÇOTU ÜZRƏ MÖVCUD TƏDRİS PROQRAMLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI EKSPERTLƏR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TƏKLİFLƏRIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR"

Oxşar xəbərlər