Britaniyada ticarət mərkəzləri açıldı

Britaniyada ticarət mərkəzləri açıldı Bu gündən etibarən Böyük Britaniyada ticarət mərkəzləri fəaliyyətə başlayıb.
Ticarət mərkəzlərinə üz tutan müştərilərdən sosial məsafəyə əməl etmək və tibbi maska taxmaq tələb olunur.
Bundan başqa, bu gündən etibarən ictimai nəqliyyatdan istifadə edənlər də maska taxmalıdır. Bu tələbə əməl etməyənlər cərimələnir.
Qeyd edək ki, bu tədbirlər ölkədə karantin qaydalarının yumşaldılması çərçivəsində həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər