Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ərəfəsində UNEC Kitabxana-İnformasiya Mərkəzi 2 virtual sərgi təşkil edib.
UNEC-in saytı üzərindən oxuculara təqdim edilən “90 il Azərbaycan iqtisadiyyatının xidmətində” sərlövhəli birinci sərgidə alim və professorların, müəllimlərin Azərbaycan dilində iqtisadiyyatın, elm və təhsilin, informasiya texnologiyalarının müxtəlif sahələrinə dair monoqrafiya, dərslik və dərs vəsaitləri, xarici dillərdə (rus, ingilis, türk) əsərləri, eləcə də dünyanın ən aparıcı nəşriyyatlarında dərc olunmuş beynəlxalq nəşrlərdən etdikləri tərcümə əsərləri və kitablar haqqında qısa annotasiyalar yer alıb.
“UNEC-in beynəlxalq nəşrlər fondu” adlanan ikinci virtual sərgidə isə “Pearson”, “Springer”, “Ekonomika”, “Global edition”, “Beta” və s. nüfuzlu nəşriyyatlarda ingilis, rus və türk dillərində çap olunan və mərkəzin fonduna daxil edilən beynəlxalq iqtisadi ədəbiyyatlar nümayiş olunur.
Virtual sərginin məqsədi kitabxana fondunu təbliğ etmək, eyni zamanda, müxtəlif dillərdə dəyərli nəşrlər haqqında oxucuları daha geniş məlumatlandırmaqdır.
Tehsil-press.az