Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar.
Beynəlxalq İqtisadiyyat Məktəbinin dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbələri Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllif olduqları “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz” (Determinants of housing prices in Baku: empirical analyses) məqaləsi “Scopus” bazasına daxil olan Q2 kateqoriyalı “International Journal of Housing Markets and Analysis” jurnalında dərc olunub. Nəşr olunan tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib.
UNEC-in magistr və tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə təsdiqlənən “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”a uyğun olaraq, tələbələrin hər biri 375 manat məbləğində pul mükafatı qazanıb.
Universitetin Elmi Şurasının qərarı ilə təsdiq edilən müvafiq Qaydalara və həmin Qaydaların UNEC-in bakalavr, magistr və doktorantlarına da aid edilməsi barədə Elmi Şuranın qərarına əsasən, impakt dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda dərc olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər.

UNEC-in Mətbuat Xidməti