Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış Tərcümə Mərkəzi yaxın zamanda dünyanın nüfuzlu universitetlərinin dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsinə başlayacaq.
Mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda, həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təminatı işini də mərkəz həyata keçirəcək. Həmçinin ingilis-Azərbaycan, fransız-Azərbaycan, rus-Azərbaycan, alman-Azərbaycan dillərində iqtisadi lüğətlər tərtib edilməklə UNEC-in kitab fondu zənginləşdiriləcək.
UNEC Tərcümə Mərkəzində tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub.

UNEC-in Mətbuat Xidməti