Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində olub.
Məktəbdə səfiri Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri və “Qarabağ” Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov qarşılayıb. O, səfirə məktəb haqqında geniş məlumat verib.
Səfir Rəhman Mustafayev “Qarabağ” məktəbinin şagird və müəllimləri, eləcə də bu şəhərdə Azərbaycan icmasının üzvləri ilə görüşüb. Görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbinin açılmasından, məktəbin tədris vəsaiti ilə təmin olunmasına verdiyi töhfələrdən söz açılıb. Məktəbin Azərbaycan icmasının üzvlərinin bir araya gətirilməsində, uşaqlara ölkəmizin tarixini, mədəniyyətini unutmaması üçün böyük rol oynadığı vurğulanıb.
Məktəbin fəaliyyətinin genişlənməsi, eləcə də səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Valideynlərin bu sahədə təklifləri dinlənilib.
Eyni zamanda, Nantdakı Azərbaycan icmasının nümayəndələrinin çətinlikləri ilə maraqlanılıb, onlara nə kimi yardımlar edilə bilməsi və gələcəkdə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.
Görüşlərdə səfirliyimizin iqtisadi məsələlər üzrə məsul diplomat Suliddin Məmmədov və konsul Vüqar Əliyev də iştirak ediblər.
Tehsil-press.az