Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etien ilə görüşüb.
Görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.
Nazir həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib və münaqişənin həllinə dair Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında humanitar və iqtisadi-ticarət əlaqələrinin inkişafı təqdir edilib. Bu xüsusda, Bakıda Birgə Azərbaycan-Fransız Universiteti, Fransiz liseyinin fəaliyyəti, fransız dilinin tədrisinə göstərilən dəstək, tələbə mübadiləsi, iki ölkənin regionlar arasında əlaqələrin yaradılması, ticarət əlaqələrinin genişlənməsi qeyd edilib.
E.Məmmədyarov həmsöhbətə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar haqqında danışıb. O, Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektorunda daha yaxından təmsil olunmağa dəvət edib.
Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransanın göstərdiyi dəstəyi məmnunluqla qeyd ediblər.
Görüş əsnasında Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirilib.
Həmçinin, görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az