İsmayıl Hüseynov Səfər Mehdiyevin birinci müavini oldu

İsmayıl Hüseynov Səfər Mehdiyevin birinci müavini oldu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.
Sözügedən vəzifəyə gömrük xidməti general-mayor İsmayıl Hüseynov gətirilib. Təyinat bu günlərdə həyata keçirilib
DGK-nın mətbuat xidməti də faktı redaksiyaya təsdiqləyib.
Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər