Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı

Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb.
Bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib.
Qeyd edək ki, bundan öncə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini Aydın Əliyev daşıyırdı.
Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib.
2004-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2006-cı ildən bu günə qədər isə birinci müavini vəzifəsini icra edib.
Ailəlidir, 2 övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər