Çin səfiri BDU-nun Elmi Kitabxanasına 28 kitab hədiyyə edib

Çin səfiri BDU-nun Elmi Kitabxanasına 28 kitab hədiyyə edib Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lu Mey Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına 19 adda 28 nüsxə kitab hədiyyə edib.
Səfirliyin ikinci katibi Vang Ruinin vasitəçiliyi ilə təqdim olunan kitablar Çin tarixindən, fəlsəfəsindən, elmindən, siyasətindən, texnikasından, iqtisadiyyatından və mədəniyyətindən bəhs edir. Bu hədiyyələr Universitetin professor-müəllim heyəti və tələbələr üçün mühüm əhəmiyyət daşıyır, eləcə də elmi və mədəni araşdırmaların zənginləşdirilməsinə töhfə verir.

Hədiyyə olunan kitablar qədim Şərqin zəngin mədəni irsi və tarixini, müasir Çinin inkişaf ənənələrini əks etdirir. Kitablar vasitəsilə tələbələr və Universitet ictimaiyyəti Çin mədəniyyəti, iqtisadiyyatı, elmi nailiyyətləri və sosial-siyasi inkişafı barədə daha ətraflı məlumat əldə edə biləcəklər.

Bu təşəbbüs ölkələrarası mədəni və akademik əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir.

Tehsil-press.az

Oxşar xəbərlər