BDU tələbələri ICESCO-nun Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunun sertifikat və nişanına layiq görülüblər

BDU tələbələri ICESCO-nun Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunun sertifikat və nişanına layiq görülüblər Bakı Dövlət Universitetinin (BDU) tələbələri 6-11 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən təşkil olunan Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunda ("Model Satellite – CanSat Training Workshop & Aerospace Symposium") uğurla iştirak ediblər.

Tədbirdə ölkəmizi təmsil edən BDU tələbələri “CanSat” model peykini layihələndirərək hazırlayıblar. Dronla havaya qaldırılaraq yüksək məsafədən buraxılan “CanSat” havada olduğu müddətdə temperatur, təzyiq, yüksəklik kimi parametrləri ölçüb, səmada çəkiliş aparıb və onları qurğunun yaddaşına qeyd etməklə bütün məlumatları real vaxt rejimində Yer İdarəetmə Stansiyasına (YİS) ötürüb. Sonra BDU tələbələri havada toplanan məlumatlar əsasında data analizlər və qrafiklər hazırlayaraq təqdimatla çıxış ediblər.

Sonda BDU tələbələri tədbirdə uğurlu iştiraka görə sertifikat və nişanla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər