Dünya insanının hazırda gündəlik yaşam mübarizəsi apardığı Koronavirus pandemiyası ilkin müşahidələrdən hiss olunur ki, insanların, hətta insanlığın yüzillər ərzində tabulaşdırdığı dəyərləri dəyişməkdədir. Müşahidələr belə bir qənaət hasil edir ki, təkcə dəyişən insanlar deyil, həm də insanların qlobal birliyinin formatıdır. Biz indi BMT adlı nəhəng dünya birliyinin varlığının belə fərqində deyilik əslində. Çünki günün rallığında dünya birliyi anlayışı əriyib. Qlobal istiləşmə əslində ilk təsirini məhz beynəlxalq təşkilatlara göstərib, nəticədə dünya ölkələri arasında qlobal soyuqlaşma və təcrid başlayıb.
Bir neçə illərdir dünya intellektual kəsimində beyin fırtınası yaradan Yuval Hoah Harari pandemiya ilə bağlı müsahibələrinin birində qeyd edir ki, pandemiya həm elmi, həm də siyasi problemləri üzə çıxarıb və birincisiylə bağlı bəzi məsələlərin həlli istiqamətində çalışmalar başlasa da, ikinci istiqamətdə ciddi fəaliyyət hiss olunmur. Görünür, bu, bir səhiyyə problemindən daha çox siyasi böhrandır.
Tarixçi alimin qənaəti belədir ki, bəşəriyyət pandemiyanın öhdəsindən gəlmək üçün lazım olan bütün imkanlara malikdir. Əsas məsələ əlimizdəki gücdən necə istifadə edəcəyimizdir və bu, ilk növbədə siyasi məsələdir.
Göründüyü kimi, burada məsələ artıq tamam başqa məcradadır. Təbii və ya süni surətdə yaradılmış hazırki pandemik böhran əslində dünyanın siyasi güc mərkəzlərinin əlində bir vasitə kimi istifadə edilməkdədir. Amma belə bir məqamda dünya dövlətlərini yenidən birliyə səsləyən ölkələr də yox deyil.
Avropa multikulturalizmə müharibə elan etdiyi bir məqamda multikulturalizmi dövlət siyasətinin vacib istiqaməti elan edən və bütün dünyanı bu ideya ətrafında toplayan Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, dünyaya sülh carçısı kimi səs saldı. Böyük beynəlxalq dəstək alan bu siyasi xətt prezident İlham Əliyevin dünya birliyinə duyurmaq istədiyi, bir müddət öncə Qərb dünyasını cənginə alan qanunsuz miqrasiyanın təhlükələrindən xəbərdar edən ali missiyası idi əslində. Dünya insanı və bir çox beynəlxalq təşkilatlar bu səsi zamanında duydular və multikulturalizmin Azərbaycan təcrübəsi dünyada təkcə öyrənilməyə yox, həm də önəmli məqamlarda tətbiq olunmağa başladı.
Hazırkı pandemiya şəraitində dünya insanının təhlükəsizliyi, bəşəriyyətin bu bəladan daha az itkilərlə xilası, dünya iqtisadiyyatının qorunması naminə prezident İlham Əliyev dünya birliyi qarşısında yeni təşəbbüslərlə çıxış etməkdədir.
Altı aya yaxındır ki, bütün dünya dövlətləri qlobal fəlakətlə mübarizə aparır, böhrandan çıxmaqla bağlı yollar düşünür, hətta bəzi dövlətlər dünyanın digər dövlətlərindən açıq tekstlə kömək gözləyir. Amma təəssüf ki, bu durumda BMT-nin Baş Assambleyası, yaxud Təhlükəsilik Şurası heç bir reaksiya ilə gündəmdə təmsil olunmur. Əksinə, bu yüksək məqamda təmsil olunan dövlətlər qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünətəcridə üstünlük verirlər. Onların arasında olan fikir ayrılıqları Təhlüksəzilik Şurasının çağrılmamasına və irəli sürülən qətnamə layihələrinin deklerativ mətnlər kimi qalmasına səbəb olmaqdadır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfransının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Hazırda Qoşulmama Hərəkatının üzvü olan 130 ölkə tərəfindən dəstəklənən bu təşəbbüs reallaşarsa, dünya insanına pandemiyadan qorunmaq yolunda böyük töfhə verə bilər. Bununla bağlı BMT-nin Baş katibi bütün üzv ölkələrə müraciət ünvanlamışdır. Bu Prezident İlham Əliyevin dünyanın qlobal böhrandan xilas edilməsində göstərdiyi təşəbbüsə verilən ali diqqətin göstəricisidir.
Həqiqətdə bu təşəbbüsün tez bir zamanda prosedur qaydalara uyğun reallaşması mümkündür. Çünki təşəbbüsü dəstəkləyən 130 ölkənin hamısı BMT üzvüdür, BMT Baş Assambleyasının bu şəkildə toplanması isə cəmisi 97 ölkənin səsi ilə mümkündür.
Azərbaycan dövləti bu təşəbbüsün tezliklə reallaşacağına və dünya insanının xilası üçün qlobal həmrəyliyin ortaya qoyulmasına böyük ümidlə yanaşır.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, görünür pandemiya vəziyyətində xilas təkcə tibbin əldə edəcəyi nailiyyətlə, tapılacaq peyvəndlə mümkün olmayacaq. Bunun üçün siyasi həmrəylik də olduqca gərəklidir. Bəlkə də, siyasi həmrəyliksiz pandemiyadan qurtuluş mümkünsüzdür.

Sərraf Hüseynov,
ADU rektorunun ictimai məsələlər üzrə müşaviri,
ADU YAP ilk ərazi təşkilatının sədri