Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində pilot proqramları çərçivəsində 2 ixtisas üzrə qəbul aparılacaq

Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində pilot proqramları çərçivəsində 2 ixtisas üzrə qəbul aparılacaq 2020-2021-ci tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə qəbul aparılacaq.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üçün tələbə qəbuluna dair təşkil etdiyi canlı yayımda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova deyib.
O bildirib ki, qəbul elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər