Pilot peşə təhsili müəssisələri üçün maliyyə vəsaiti ayrılıb

Pilot peşə təhsili müəssisələri üçün maliyyə vəsaiti ayrılıb “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib.
4 pilot peşə təhsili müəssisəsinin - Texnika və Texnologiyalar, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin, Bərdə və Cəlilabad peşə liseylərinin təmiri, tikintisi və tam yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb.
Xatırladaq ki, iqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri və dövlət peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb və əmək bazarında tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrlar hazırlaya biləcək 10 pilot peşə təhsili müəssisələri seçilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulub. Bu istiqamətdə görülən işlər çərçivəsində müasir standartlara cavab verən Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib.

Tehsil-press.az



Oxşar xəbərlər