Peşə təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

Peşə təhsili alanlara subbakalavr dərəcəsi veriləcək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə təhsil alanlara subbakalavr dərəcəsi veriləcək.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna dair təşkil etdiyi canlı yayımda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov deyib.
O bildirib ki, 2020-2021-ci tədris ili üzrə pilot peşə təhsil proqramları üzrə mərkəzə ümumilikdə 8 ixtisas üzrə tələbə qəbulu aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər