“British Council” təşkilatı və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən turizm sənayesi, turizm-xidmət sahələrində kadrların təkmilləşdirilməsi, iş üzrə təcrübəyə əsaslanan proqram həyata keçirilib. Bir il müddətində reallaşdırılan proqramın nəticəsinə əsasən, iştirakçı 180 şagirdin bir çoxu artıq otellərdən iş təklifləri alıb. 2017-2018-ci akademik tədris ili uğurla başa çatan proqramın məzunları sertifikatlarla təltif ediliblər.
2017-2018-ci akademik tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində uğurla həyata keçirilən proqram aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə ixtisasları əhatə edib.
Proqram çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən oteldə konsiyerj, təsərrüfat işləri üzrə nəzarətçi və aşpaz ixtisasları üzrə yeni tədris materialları hazırlanıb. Bakı və regionlardan 22 müəllim qurum tərəfindən təşkil olunan təlimləri müvəffəqiyyətlə başa vurub.
Sənaye üzrə təcrübə proqramlarının turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət daşıması baxımından, Azərbaycandakı aparıcı 23 otel bu təşəbbüsün reallaşmasına dəstək göstəriblər. Otellər şagirdləri proqramın ilk günlərindən etibarən iş üzrə təcrübəyə cəlb edilməsinə razılıq verib. Məktəblilər bu tipli təcrübəni proqramın ən dəyərli və həvəsləndirici hissəsi olduğunu bildiriblər.
Proqramın nəticəsi olaraq, Azərbaycanda aidiyyəti sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyi və otellər ilə birgə razılaşmaya əsasən, 2018-2019-cu akademik tədris ilində proqramın Bakı və regionlardakı turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinə tətbiqi nəzərdə tutulur. Proqrama qatılmaq istəyənlər üçün sənəd qəbulu avqustda başlanacaq.
Tehsil-press.az