276 qanunsuz miqrantın olduğu gəmi Türkiyədə saxlanıldı

276 qanunsuz miqrantın olduğu gəmi Türkiyədə saxlanıldı Türkiyənin İzmir bölgəsinin sahillərində 276 qanunsuz miqrantın daşındığı gəmi ölkənin Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.
Əksəriyyəti Əfqanıstan, İran, Banqladeş, Somali, Mərkəzi Afrika Respublikasından gələn qaçqınlar qanunsuz yolla Türkiyədən keçərək Avropa ölkələrinə daxil olmaq istəyiblər. Əməliyyat nəticəsində, 46 qadın və 59 uşağın da olduğu gəmi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Səkkiz nəfər qanunsuz insan daşınmasının təşkili ittihamı ilə həbs edilib. Miqrantların bəzilərində tənəffüs problemlərinin olduğu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər