Xəzər Universitetinin tələbələrindən ibarət üç komanda “British Council” təşkilatının dəstəklədiyi Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təsis olunan “Creative Spark 2020”nin “Big Idea” müsabiqəsinin finalçıları arasındadır.
Komandalar daha çox səs toplayaraq ölkə çempionluğu uğrunda mübarizə aparacaqlar. Səsvermə iyulun 19-dək davam edəcək. Bu müddət ərzində hər ölkədə ən çox səs toplayan qalib olacaq. Ölkə qalibləri mükafatlar və ideyalarını reallığa çevirmək üçün biznes mentorlarla məsləhətləşmə imkanı qazanacaqlar.
Qeyd edək ki, bu müsabiqədə iştirak yalnız “Creative Spark” layihəsinin iştirakçısı olan universitetlərin tələbələri üçün mümkündür. Xəzər Universiteti ötən il Böyük Britaniyanın Middlesex Universiteti ilə əməkdaşlıq edərək, “Creative Spark” layihəsinə qoşulub. Bu, Xəzər Universitetinin tələbələrinə belə böyük bir yarışmaya qatılmağa imkan verib. Onlar əvvəlcə universitet daxilində yarışıblar. İndi isə həmin yarışma ölkə səviyyəsində davam edir. Buradan qalib çıxan komandalar isə beynəlxalq bir yarışmanın iştirakçısı olacaqlar.
Tehsil-press.az