Xəzər Universitetində “Creative Spark” layihəsi çərçivəsində görüş

Xəzər Universitetində “Creative Spark” layihəsi çərçivəsində görüş “British Council” təşkilatının dəstəyi və Xəzər Universitetinin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Creative Spark” layihəsi çərçivəsində bu ali təhsil ocağında görüş keçirilib.
Tədbirdə Gürcüstan, Qırğızıstan, Tacikistan, Monqolustan və yerli universitetlərin nümayəndələri iştirak ediblər. Məqsəd “Creative Spark” layihəsinin daha çox universitetlərə tanıdılması olub.
Görüşdə Britaniyanın Middlesex Universitetinin nümayəndəsi George Dafoulas layihənin məqsədi, imkanları və tələbləri haqqında məlumat verib. Layihənin qaliblərindən olan Qırğızıstan Milli Universitetinin dekanı Yzatbek Berenaliev təmsil etdiyi ali təhsil ocağının müəllim və tələbə heyəti tərəfindən hazırlanmış video ilə çıxış edib.
Sonda Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və Middlesex Universitetinin nümayəndəsi George Dafoulasa sualları cavablandırıblar.
Qeyd edək ki, Xəzər Universiteti 2019-cu ildə “Creative Spark” proqramının qalibi olub.

Tehsil-press.az

Oxşar xəbərlər