Şərqi London Universitetinin əməkdaşları UNEC-də təlim keçəcəklər

Şərqi London Universitetinin əməkdaşları UNEC-də təlim keçəcəklər Böyük Britaniyanın Şərqi London Universitetinin professoru Syuzan Dikson və universitetin müəllimi Niki Kartis fevralın 10-dan 13-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 günlük təlim keçəcəklər.
Təlimdə fəal iştirak edən tələbələr layihə koordinatoru tərəfindən seçilərək, may ayında Şərqi London Universitetinə getmək imkanı qazanacaqlar.
Təlimdə iştirak etmək istəyən tələbələr ingilis dilində 500 sözlük “İxtisasınızda əldə etdiyiniz bilik-bacarıqlar, gələcək karyera planlarınız və Creative Spark layihəsinin hədəflərinizdə rolu” mövzusunda yazını fevralın 8-dək [email protected] ünvanına göndərməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər