"British Council” tərəfindən təşəbbüs göstərilən “Creative Spark” proqramı çərçivəsində britaniyalı mütəxəssis Viren Lall Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Böyük Britaniyada yerləşən “Change School”un direktoru Viren Lall AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttərova ilə layihə üzərində işləyərək fikir mübadiləsi aparıb. O, universitetin “Creative Spark” proqramında uğurlu iştirakı üçün lazımi məsləhətlərini verib.
Sonra qonaq universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüş zamanı Böyük Britaniya universitetləri ilə AzMİU arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. G.Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin Böyük Britaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə lazımi tədbirlər görüldüyünü söyləyib.
Qeyd edək ki, “Creative Spark” proqramı Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada 7 ölkədə həyata keçiriləcək. Proqramın məqsədi regionda təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların bu istiqamətdə ideyalarını dəstəkləməkdir. Proqram çərçivəsində 10 mindən artıq tələbəyə dəstək göstərilməsi və regionda işsizlik səviyyəsinin aşağı salınmasına töhfə verilməsi nəzərdə tutulub.

AzMİU-nun Mətbuat Xidməti