15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı

15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı ABŞ-da Kaliforniya ştatının Loday şəhərinin sakini Donna Braun 15 yaşında itirdiyi pul qabını 58 il sonra tapıb.
1962-ci ildə baş verib. O, kinoteatrda olarkən pul qabını itirib.
Bir müddət axtarışlar nəticə vermədikdən sonra həmin əşya unudulub. D.Braunun sözlərinə görə, pul qabında fotoşəkillər, sənədlər və iş icazəsi olub.
Həmin pul qabını kinoteatrın yeni sahibi binanı təmir etdirərkən tapıb. Orada olan fotoşəkillər sosial şəbəkədə yerləşdiriləndən sonra qadın üzə çıxıb.

Tehsil-press.az

Oxşar xəbərlər