Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının “Microsoft Teams” platforması üzərindən iclası keçirilib.
İlasda pandemiya dövründə tədrisin təşkili, keçirilməsi və yay imtahan sessiyasının nəticələri haqqında məlumat verilib. Onlayn təhsilin strateji istiqamət imkanları, tədrisin və kafedra əməkdaşlarının elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlaması prosesi müzakirə olunub.
İclas zamanı kafedra müəllimləri onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində təcrübələrini bölüşüblər, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd ediblər. Mövcud vəziyyət davam edərsə, növbəti tədris ili üçün hazırlıq prosesinin aparılması, tələbələrin tədris prosesində maksimum fəallığının təmin edilməsi üçün müxtəlif təkliflər səsləndirilib. Yay mövsümü xüsusi karantin dövrünə təsadüf etdiyindən, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün kafedra müəllimlərinin tövsiyələri dinlənilib.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunda 2019-2020-ci tədris ilinin bakalavr və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb. Beş həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilib.
Tehsil-press.az