İlahiyyat İnstitutu: Müəllimlər onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində təcrübələrini bölüşürlər

İlahiyyat İnstitutu: Müəllimlər onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində təcrübələrini bölüşürlər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kafedraları məsafədən təhsillə əlaqədar “Microsoft Teams” proqramı üzərindən iclaslarını davam etdirirlər.
Videoiclaslarda tədris əsnasında ortaya çıxan çətinliklər, tələbələrin dərslərdə iştirakı, mövcud elektron vəsaitin istifadəsi və gündəlikdə duran digər məsələlərin müzakirəsi aparılır. Müəllimlər onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində təcrübələrini bölüşür, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd edir, mövcud vəziyyətdə tələbələrin tədris prosesində maksimum fəallığının təmini üçün təkliflər irəli sürürlər.
İclaslarda, eyni zamanda, elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlanma prosesinin müzakirəsi aparılır.
Xatırladaq ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra tələbələrin təhsil prosesindən geri qalmaması üçün məsafədən tədrisin təşkili həyata keçirilir. İnstitutda distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər görülür.

Tehsil-press.az

Oxşar xəbərlər