Ərdoğan Azərbaycana belə dəstək oldu - Video

Ərdoğan Azərbaycana belə dəstək oldu - Video Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycana dəstəyini bildirib.
Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra açıqlamasında deyib:
“Ermənistan tərəfindən Azərbaycana edilən hücumu şiddətlə qınayıram. Vətənini müdafiə edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hücum Dağlıq Qarabağa sərhədində deyil, birbaşa iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə edərək olunub. Bu, birbaşa, Azərbaycana yönəlmiş şüurlu hücumdur. Şübhəsiz, bu hücum Ermənistanın çapını aşan hadisədir.
Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək.
Dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”.



Tehsil-press.az

Oxşar xəbərlər