Türkiyə XİN: Türkiyə Ermənistanın hücumlarını pisləyir

Türkiyə XİN: Türkiyə Ermənistanın hücumlarını pisləyir Türkiyə Ermənistan tərəfindən fevralın 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycana qarşı hücumlarını pisləyir.

Təhsil-press.az-ın veridiyi məlumata görə, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirliyinin bəyanatında deyilir: "Ermənistan tərəfindən fevralın 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumları pisləyirik"
Açıqlamada şəhid olanlara Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı, yaralılara tezliklə şəfa dilənilib.
"Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmaların yenidən baş verməməsi üçün Ermənistanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq" - bəyanatda deyilir.

Təhsil-press.az

Oxşar xəbərlər