Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil.
Bu barədə "TV 360" və "24 TV" telekanallarına müsahibəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "Biz S-400 üzrə işi başa çatdırmışıq, imtinadan söhbət belə gedə bilməz. Biz rusiyalılarla razılaşma imzalamışıq, biz birgə istehsala başlıyacağıq. Ola bilsin ki,S-400-dən sonra biz S-500 ilə məşğul olaq".
Suriyadakı vəziyyət barədə danışan Türkiyə prezidenti qeyd edib ki, bu ölkənin şimalında yaradılması planlaşdırılan təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir: "Çünki bu ərazidən bizə hər an hücum edə bilərlər".
Türkiyə prezidentinin sözlərinə görə, Ankara ABŞ ordusunun Suriyadan çıxarılması prosesini diqqətlə izləyir və hazırda bu istiqamətdə heç bir addım atılmayıb.
Tehsil-press.az