Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən məktəblilər arasında keçirilən “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə onlayn turu təşkil edilib.
Onlayn müsabiqə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası – Konfutsi institutlarının (Xanban) qərargahı və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Müsabiqədə orta məktəblərin və Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər. Çinin Azərbaycandakı səfiri xanım Qo Min onlayn müraciətində müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb və “Çin dili körpüsü” yarışmasının Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə daha bir töhfə olduğunu bildirib.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini, iki ölkənin universitet tələbələri və müəllimləri arasında əlaqələrin qurulması üçün yeni imkanlar açdığını qeyd edərək, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanda Çin dili tədrisinin genişləndirilməsi və təqaüd proqramlarının mübadiləsi üçün müsabiqənin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Onlayn müsabiqənin iştirakçıları sözügedən mövzuda Çin dilində nitq söyləyib, bu ölkənin mədəniyyəti haqqında suallara cavab verib və incəsənəti üzrə ustad dərsləri zamanı əldə etdikləri bacarıqları nümayiş etdiriblər. Müsabiqənin nəticələrinə görə, birinci yeri tutan şagirdlər beynəlxalq müsabiqənin finalında iştirak edəcək və Çində növbəti mərhələlərdə təhsil alacaqlar.
Tehsil-press.az