Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT-nin rəsmi dillərinin özünəməxsusluğuna və zənginliyinə diqqət cəlb etmək məqsədilə Çin Dili Gününə həsr olunmuş onlayn seminar keçirilib. Konfutsi İnstitutunun Çin dili müəllimləri ADU-nun çinşünas tələbələri üçün onlayn dərslərin keçirilməsindən, bu dərslərin gedişində Çin dilinin tarixindən, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrindən danışıblar.
ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə daim artan marağını qeyd edərək, ADU-nun Çin dili üzrə rəsmi test mərkəzinin fəaliyyətindən, Çin dili üzrə Hanyu Shuiping Kaoshi və Hanyu Shuiping Kouyu Kaoshi imtahanlarının keçirilməsindən danışıb. R. Abbasov ADU Konfutsi İnstitutunun ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş yeni Bədii ədəbiyyat tərcüməçiləri üçün keçirdiyi müsabiqəni də xatırladıb.
Tehsil-press.az