Azərbaycan Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Azərbaycan Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər Azərbaycan Dillər Universitetinin (ADU) şöbə müdiri Sərraf Hüseynov və bu ali məktəbin nəzdindəki Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin Hunan əyalətinin - Çanşa şəhərinin inzibati mərkəzində Çin dilinin tədrisi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Çin Dövlət Şurasının Baş Nazirinin müavini xanım Sun Çunlan, Təhsil nazirinin müavini Tin Syuedyun "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində iştirakçı ölkələrin sivilizasiyalararası mübadiləsi çərçivəsində Çin dili və mədəniyyətinin yayılmasında Konfutsi institutlarının mühüm rol oynadığını bildiriblər.
Konfransın ayrı-ayrı bölmələrində və seminarlarında Çinin təhsil siyasəti, Konfutsi institutlarının innovativ inkişafı, yeni tədris planlarının, təhsil standartlarının istifadəsi, ixtisaslı Çin dili müəllimlərinin hazırlanması da daxil olmaqla, Çin dilinin tədrisi problemləri müzakirə edilib.
“Çin və xarici ölkələr arasında mədəni mübadilə” mövzusunda bölmə iclasında Rafiq Abbasov "Bir kəmər, bir yol" qlobal Çin layihəsinin həyata keçirilməsi sahəsində aparılan tədqiqatlarda ADU-nun Konfutsi İnstitutunun fəaliyyətindən danışıb.
Çinin Təhsil Nazirliyinin Xaricdə Çin dilinin yayılması üzrə dövlət dəftərxanası tərəfindən təşkil olunan konfransda 160-dan çox ölkədən 1000-dən artıq nümayəndə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər