"Əməli yazı növünün tədrisi metodikası: Tərcümeyi-hal" mövzusunda vebinar təşkil olunub

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün vebinar təşkil olunub.
“Əməli yazı növünün tədrisi metodikası: Tərcümeyi-hal” mövzusunda keçirilən vebinarda 80-dən artıq fənn müəllimi iştirak edib. Vebinarda “tərcümeyi-hal”, “bioqrafik mətn” və “memuar” kimi bir-birinə yaxın olan anlayışlar arasındakı incə fərqlər aydınlaşdırılıb. Eyni zamanda, konkret nümunələr əsasında tərcümeyi-halın tədrisi zamanı istifadə olunacaq üsullar göstərilib, fənlərarası inteqrasiya məsələlərinə toxunulub. Vebinarda müəllimlər təlim məqsədlərinə uyğun olaraq mənbələrlə iş və məlumat toplamaqla bağlı təcrübələrini, istifadə etdiyi üsulları həmkarları ilə bölüşüblər.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər