AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını davam etdirirlər. Alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə məqalələr də hazırlayırlar.
Bunlardan biri Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın “Əbdürrəhim bəy Haqverdiyevin tərcümeyi-halı şəxsi arxiv sənədləri əsasında” məqaləsidir.
Məqalədə qeyd olunur ki, Əlyazmalar İnstitutunun arxivlərində Əbdürrəhim bəy Haqverdiyevin tərcümeyi-hal sənədləri saxlanılır. 1927-ci ildə Tiflisdə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illik yubileyinə hazırlıq gedirdi. Bu münasibətlə tanınmış ədəbiyyatşünas Əziz Şərif onun haqqında məqalələr yazıb “Yeni fikir” qəzetində dərc etdirirdi. Ədibin həyat yolunu düzgün işıqlandırmaq üçün redaksiya onun özündən material istəmişdi, o da öz müxtəsər tərcümeyi-halını yazıb göndərmişdi. Həmin tərcümeyi-halı Əziz Şərif olduğu kimi xatirələrinə daxil edib.
Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivdə Ə.Haqverdiyevin əlyazması şəklində üç variantda tərcümeyi-halı vardır. 1933-cü il aprelin 19-da qələmə alınmış tərcümeyi-halın iki variantı dolğun və genişdir. Üçüncü variant isə həcm etibarilə kiçikdir. Arxivdə saxlanılan tərcümeyi-hal nümunəsində yazıçının uşaqlıq illəri haqqında verdiyi məlumat daha əhatəlidir.
Vurğulanıb ki, şəxsi arxivindəki kiçik həcmli tərcümeyi-halda isə Ə.Haqverdiyevin I Dövlət Duması (Dumaya Gəncə quberniyası tərəfindən nümayəndə göndərilmişdi) dağıldıqdan sonra “Nadejda” sığorta nəqliyyat cəmiyyətinin müfəttişi kimi Qafqaza qayıdıb Gəncədə yaşaması, 1908-ci ildə cəmiyyətin iflasa uğraması və onu Hacı Zeynalabdin gəmiçiliyinə müfəttiş vəzifəsinə təklif etmələri göstərilib. Bu vəzifələr ona Qafqazın və İranın bir çox yerlərini səyahət edib qiymətli məlumatlar əldə etməsinə şərait yaradıb.
Tehsil-press.az