Avropa Komissiyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə “Bədən dili və duyğular” mövzusunda vebinar keçirilib.
Vebinarda Niderland Krallığından olan beynəlxalq dərəcəli ailə, məhkəmə və cinayət mediatorları, İngiltərənin Mançester Metropolian Universitetinin məzunları olan analitiklər Marjon Kuipers və İngrid de Jong təqdimatla çıxış ediblər.
Xəzər Universitetinin müəllimlərinin, məzunlarının, tələbələrin iştirak etdiyi vebinarda mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, MEDİATS layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirməklə Azərbaycan, Gürcüstan və Ukraynada Avropa təcrübəsindən faydalanaraq, münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.
Tehsil-press.az