Xəzər Universitetində CBELT layihəsi çərçivəsində onlayn tədris davam edir

Xəzər Universitetində CBELT layihəsi çərçivəsində onlayn tədris davam edir Xəzər Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyi arasında tərəfdaşlıq nəticəsində yaradılmış CBELT layihəsi çərçivəsində məcburi köçkün məktəblərinin ingilis dili müəllimləri üçün onlayn təlimlər keçirilir.
Təlimlərdə məcburi köçkün məktəblərindən 100-dən çox müəllim fəal iştirak edir. Onlara yeni strategiyalar və metodlar öyrədilir və gündəlik ingilis dili tədris prosesini inkişaf etdirmələri tövsiyə olunur.
CBELT layihəsi məcburi köçkün məktəblərinin müəllimləri üçün peşəkar seçimdir. Dərsləri uğurla keçən namizədlərə Xəzər Universiteti və ABŞ səfirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər