PETRA layihəsi çərçivəsində növbəti təlimlərə start verildi

PETRA layihəsi çərçivəsində növbəti təlimlərə start verildi “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities (PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim-tədris və resurs mərkəzi (Teaching and Learning Centre) ingilis dili müəllimləri üçün növbəti təlimlərə başlayıb. Belə ki, dekabrın 4-də ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili təqaüdü proqramı (El-Fellow)” çərçivəsində ölkəmizdə çalışan mütəxəssis Amy Zhupikov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İngilis dili dərslərində qrup işindən istifadə” mövzusunda təlim keçib.
Qeyd edək ki, ADPU-nun tərəfdaşı olduğu bu layihənin məqsədi öyrənmə və təlim prosesinin pedaqoji və texnoloji ehtiyaclarını ödəmək üçün insan kapitalının inkişaf etdirilməsi, innovativ texnologiya, tədqiqat, o cümlədən Avropa universitetləri ilə uzunmüddətli münasibətlərin qurulmasını şərtləndirən keyfiyyətli öyrənmə və təlimin inkişaf dinamikasının təmin edilməsindən ibarətdir. Layihənin birbaşa benefisiarları doktorantura səviyyəsində təhsil alan tələbələr, tədqiqatçılar, professor-müəllim heyətidir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


PETRA layihəsi çərçivəsində növbəti təlimlərə start verildi

Oxşar xəbərlər