Nazir ermənilərin yeni təxribatlar törədəcəyini istisna etməyib

Nazir ermənilərin yeni təxribatlar törədəcəyini istisna etməyib Xəbər verdiyimiz kimi , bu gün Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı Səfirin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Tehsil-press.az

Oxşar xəbərlər