Məşhur Hollivud aktrisası Trampı tənqid etdi

Məşhur Hollivud aktrisası Trampı tənqid etdi Məşhur Hollivud aktrisası, üç Oskar mükafatının sahibi Meril Strip ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı sərt tənqid edib.

Tehsil-press.az xəbər verir ki, aktrisa D.Trampın əlil repotyoru təhqir etdiyini xatırladaraq, ölkədən bütün miqrantların çıxarılması ilə bağlı Ağ Evin yeni rəhəbərinin daha əvvəlki çağırışlarına da münasibət bildirib.
"Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimində mükafata layiq görülən Strip səhnədə çıxışı zamanı qeyd edib ki, hazırki Amerika film sənayesinin əsas fiqurları vaxtilə bu ölkəyə gələn miqrantlardır:
"Bu gün bu zalda toplaşanlar hal-hazırda ABŞ-da cəmiyyətin ən çox təhqir olunan qrupuna məxsusdur. Hollivud əcnəbilərlə doludur, biz bunların hamısını ölkədən çıxartsaq, televizorda seyr etməyə ancaq futbol və qaydasız döyüşlər qalacaq, bunlar da bildiyimiz kimi incəsənət adlandırılmır".
Tənqidləri cavabsız qoymağı sevməyən Tramp "The New York Times" nəşrinə müsahibəsində aktrisanı prezidentliyə keçmiş namizəd Hillari Klintonun tərəfdarı adlandırıb. O, Stripin bu hərəkətini demokratların kino dünyasından olan hücumu kimi dəyərləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər