Gürcüstan Prezidenti ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstan Prezidenti ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
S.Zurabişvili Qurban bayramını sülh, ümid, dəstək, insanlara qayğı və xeyirin şər üzərində qələbəsi bayramı adlandırıb.
Prezident bildirib: “Qurban bayramının ruhu gündəlik həyatımızın ayrılmaz hissəsi olmalıdır. Pandemiya ilə əlaqədar olaraq bu il böyük bayramı geniş qeyd edə bilməsək də, müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik etmək istəyirəm. Onlara sülh, birlik və ən əsası cansağlığı arzulayıram”.

Tehsil-press.az

Oxşar xəbərlər