Türkiyənin Qızıl Aypara Cəmiyyəti 4,5 milyon insana ət paylayacaq

Türkiyənin Qızıl Aypara Cəmiyyəti 4,5 milyon insana ət paylayacaq Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 51 ölkədə 4,5 milyon insana ət paylayacaq.
Bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık məlumat verib.
Məlumatda bildirilib ki, bu xeyriyyə tədbiri Qurban bayramı münasibətilə keçirilən “Hilal Olsun Türkiyə” kampaniyası çərçivəsində həyata keçiriləcək. Türkiyədə kəsiləcək qurbanlıqlar bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.
Bu il ilk dəfə olaraq 5 və 10 kiloluq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub. Cəmiyyət bu il Qurban bayramı münasibətilə ölkə daxilində 130 ton ət paylamağı planlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər