Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda qurban ibadəti” mövzusunda seminar keçirilib.
Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov seminarın mövzusunun Qurban bayramı ilə bağlı olduğunu deyib və institutda bu cür maarifləndirici tədbirlər keçirilməsinin ənənə halı aldığını söyləyib.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda qurban ibadəti” mövzusunda çıxış edib və bayram haqqında ətraflı məlumat verib. O, Qurban bayramının tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bütün dinlərdə mövcud olub.
Qeyd edilib ki, İslam dünyasının müqəddəs mərasimlərindən sayılan Qurban bayramı bütün müsəlman ölkələrində xüsusi təntənə ilə keçirilir. “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu bayramın məqsədi xeyirxahlıq, paklıq, Allaha inam və sevgidir. Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini aztəminatlı ailələrlə bölüşmək, onları sevindirmək, insanları həmrəyliyə, dostluğa, qardaşlığa, halallığa, paklığa səsləmək bayramın mahiyyətini təşkil edir.
Əhməd Niyazov Qurban bayramının müsəlmanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıb. İctimai sosial ədalət baxımından bu bayramı insanlar üçün bir fürsət kimi dəyərləndirib.
Seminar müzakirələrlə davam edib.
Aİİ-nin Mətbuat Xidməti