Livanda partlayışla bağlı 16 nəfər həbs edildi

Livanda partlayışla bağlı 16 nəfər həbs edildi Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışlarla əlaqədar limanın 16 əməkdaşı həbs edilib.
Bu barədə “AFP” ölkənin Hərbi Məhkəməsinə istinadən xəbər verib.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında güclü partlayışlar baş verib. Ən son məlumata görə, 137 nəfər vəfat edib, 5 minə yaxın şəxs zərər çəkib, onlarla insan itkin düşmüş sayılır.

Tehsil-press.az

Oxşar xəbərlər