Müasir dünyada dövlətin silahlanması üç təsir və əks təsir imkanı doğurur. Bunlardan birincisi silahlanan dövlətin öz düşmənini qorxutması effektidir, ikincisi silahlanmanın informasiya savaşında silahlanan ölkəyə qarşı istifadə olunmasıdır, üçüncüsü isə silahlanan ölkəyə qarşı sanksiyaların tətbiqinin mümkünlüyü məsələsidir. Bu günə qədər Azərbaycanda ordu quruculuğu və ordunun maddi-texniki təminatı mövcud beynəlxalq normalar əsasında tənzimləndiyindən silahlanmanın ölkəmizə yan təsirləri olmamışdır. Bu yalnız müharibə şəraitində yaşayan ölkəmizin hərbi baxımdan güclənməsinə və Cənubi Qafqazda hərbi güc mərkəzinə çevrilməsinə gətirib çıxarmışdır. İnternet resurslarında mövcud olan beynəlxalq əhəmiyyətli araşdırmalarda, həmçinin dövlətin rəsmi hesabatlarında ordumuzda canlı qüvvə və texniki təminat məsələsi açıq şəkildə göstərilmişdir.
Öz ordumuzla yanaşı biz düşmən ordusu olan və torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texniki təminatını da gözdən keçirə bilirik. Burada qarşılaşdığımız mənzərə bizim üçün heç də sevindirici deyil. Çünki əhali sayının və Ümumi Daxili Məhsulun həcminə baxmayaraq, Ermənistan ordusu hədsiz dərəcədə böyükdür. Bunu Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsində də görə bilərik. Məruzədə qeyd edilir ki, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Göründüyü kimi, biz beynəlxalq havadarları hesabına güclənmiş və bir növ silah istehsalçılarının poliqonu kimi istifadə edilən Ermənistan ordusunu heç də zəif hesab etməməliyik.
Bunu nəzərə alaraq hərbi xərclərimizi daha da artırmalı, ordumuzun təminatını düşən ordusundan on dəfədən çox yaxşılaşdırmalıyıq. Bu gün Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar məhz buna hesablanıb. Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda Ali Baş Komandan bildirmişdir ki, son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir.
İşğala məruz qalmış ölkəmizin apardığı hərbi siyasət fonunda işğalçı dövlətin silahlanmaya bu qədər böyük önəm verməsi onu göstərir ki, Ermənistan bu işdə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. 12-14 iyul tarixində Tovuz rayonu istiqamətində baş verən döyüşlərdən öncə Ermənistanın qanunsuz yolla silah əldə etməsi və Serbiya, Rusiya kimi dövlətlərin bu işdə aktivliyi ilə seçilməsi, bizə dost olduğunu nümayiş etdirən dövlətlərin isə öz quru və hava sərhədlərini silah daşınması üçün Ermənistana açması Azərbaycanda böyük hiddət doğuruşdur. Bunu Prezident cənab İlham Əliyevin Serbiya və Rusiya dövlət başçıları ilə telefon danışığına əsasən demək olar. Prezidentimiz qətiyyətli şəkildə bunu öz həmkarlarına bildirmiş və haqqında danışılan məsələnin araşdırılmasını onlardan istəmişdir.
Əslində bu silah alverində təəccüblü bir məsələnin olmamasını Ermənistan dünyaya duyurmaq istəyindədir. Amma bu işdə əsas problem ondan ibarətdir ki, Rusiya kimi silah istehsalçısı Tovuz döyüşlərindən az öncə Ermənistana satdığı 400 tondan artıq sursatı dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Bu da onu göstərir ki, Rusiya bir növ öz silahlarının maya dəyərinə sınaqlarını məhz Ermənistan vasitəsilə həyata keçirir.
Özünü Azərbaycana dost və qardaş ölkə kimi tanıdan Qazaxstan, Türkmənistan, İran və başqa dövlətlərin Ermənistanın Rusiya və Serbiya tərəfindən qanunsuz silahlandırmasına dolayı şəkildə dəstək göstərməsi çox böyük təəssüf doğurur. Belə bir həssas məqamda Azərbaycanın yanında olduğunu bildirən və bunu atdığı hər bir addımında sübut edən, əməli şəkildə də göstərən yeganə ölkə dost və qardaş Türkiya Cümhuriyyətidir. Son günlərdə keçirilən birgə hərbi təlimlər və ordu rəhbərlərinin qarşılıqlı səfərləri Azərbaycan-Türkiyə birgə əməkdaşlığını daha da gücləndirir. Azərbaycan təkcə hərbi gücünü artırmır, bu təlimlər vasitəsilə ordunun döyüş qabiliyyətini də yüksəldir. Bu isə onu deməyə əsas verir ki, mövcud vəziyyət Otto Bismarkın bu sözlərini Qarabağ haqqında da deməyin zamanının çatdığını göstərir – Qarabağ münaqişəsi “danışıqlar və müzakirələr zəminində yox, "qan və dəmir"lə həll olunacaq”. Həm də tezliklə!

Sərraf Hüseynov,
ADU rektorunun müşaviri,
ADU YAP təşkilatının sədri
ADU rektorunun müşaviri,
ADU YAP təşkilatının sədri