BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN könüllüləri” təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb.

Düşərgənin son günündə “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fuad Adgözəlov tərəfindən iştirakçıların ünsiyyət, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə “NASA Case” intellektual oyunu keçirilib.

Daha sonra Quba Soyqırım Memorial Kompleksinə ekskursiya təşkil olunub. İştirakçılar burada 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Qubada və ətraf ərazilərdə törədilmiş soyqırım hadisələri, kütləvi məzarlıqlar və memorial kompleksdə sərgilənən tarixi eksponatlar haqqında məlumatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər