Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin müəllim-professor heyəti və tələbələri Xalça Muzeyi və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə layihəsi çərçivəsində keçirilən “Müasir gəncliyin sənət dünyası” adlı tədbirdə iştirak ediblər.
Tədbirdə bədii toxuculuq ixtisası üzrə təhsil alan tələbələrin əsərlərindən, “toxunmayan qobelen” texnikası ilə hazırlanan işlərindən ibarət sərgi təqdim edilib. Sərgidə yer alan qobelenlər musiqi mövzusuna həsr olunub.
Tədbirin sonunda ADMİU-nun tələbələrinə Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi sertifikatlar təqdim edilib.

ADMİU-nun Mətbuat Xidməti